Təhlükəsizlik vəziyyəti sabitləşənədək internet məhdudiyyətləri qüvvədə qalacaq
27.07.2026

Ölkədə təhlükəsizlik vəziyyəti sabitləşənə qədər internetə tətbiq olunan məhdudiyyətlər qüvvədə saxlanılacaq.

Bunu İran parlamentinin deputatı, parlamentin Sənaye və Mədənlər Komitəsinin üzvü Mustafa Purdehqan deyib.

Onun sözlərinə görə, hazırda hökumət üçün əsas prioritet milli təhlükəsizliyin təmin edilməsidir.

Deputatlar qlobal internetə çıxışın genişləndirilməsini dəstəkləməyə davam edirlər, lakin “hazırda bunu önəmli məsələ kimi gündəmə gətirməyin vaxtı deyil.” - o bildirib.

visiontv.az