Təbrizdə qadın məhbus edam edilib
07.12.2025

Təbrizin mərkəzi həbsxanasında adam öldürməkdə günahlandırılan qadın məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Rəna Fərəcoğlu adlı qadın özündən 19 yaş böyük olan həyat yoldaşını öldürməkdə günahlandırılıb.

İnsan haqları təşkilatının məlumatlarında bildirilib ki, 16 yaşında məcburi evləndirilən gənc qadın, ailə münaqişəsi zəminində həyat yoldaşını qətlə yetirib.

Rəna Fərəcoğlu məhkəmədə ailəsinin onu məcburi evləndirdiyini və ailə həyatı dövründə işgəncələrə məruz qaldığını bildirib.

visiontv.az