Suriyanın yeni hökuməti Palmiradakı hərbi bazanı Türkiyəyə təhvil verib
27.03.2025

Baza ABŞ-ın Avropadakı ən böyük hərbi bazası olan , NATO hərbi-hava qüvvələrinin baş qərargahı kimi fəaliyyət göstərən Ramstein bazası qədər böyük olması planlaşdırılır.

Rəsmi Ankara artıq BMT başda olmaqla Yaxın Şərqdə hərbi mövcudluğu olan bütün dövlətləri xəbərdar edib ki, Palmiradakı hərbi bazaya qarşı istənilən təcavüz aktı güclə qarşılanacaq.

Palmira şəhəri tarixən şərqdən qərbə və şimaldan cənuba gedən kammunikasiyaların kəsişməsində yerləşib , lakin şəhərin strateji əhəmiyyəti bununla bitmir.

Türkiyə ilə Suriya arasında Palmira ilə paralel həm də ondan 60 km məsafədə yerləşən Tayasdakı hərbi bazanın da Türkiyəyə verilməsi haqqında danışıqlar gedir.

Hər iki baza Suriya dövlətinin hal-hazırda təhlükəsizliyinin zəmanətidir.

Keçən ay Suriyanın lideri Aş Şaraa Türkiyəyə səfəri zamanı bu razılaşdırılıb. Aş Şaraa bunu Süriya xalqının təhlükəsizliyinə qardaş Türkiyənin hörmət və sədaqətinin rəmzi olaraq qiymətləndirdiyini bəyan edib.

Türkiyə üçün isə bu bazalar sərhədindəki terror koridorunu bağlamaq üçün əhəmiyyətlidir.

Suriyanın yeni hökumətinin Palmiradakı hərbi bazanı Türkiyəyə təhvil verməsi , həmçinin Tayasda növbəti bazaya onların nəzarət etməsi planları Yaxın Şərqdə ölkələri , bölgədə marağı və nüfuz təsiri olan kənar gücləri təşvişə salıb.

ABŞ , İran , İsrail və Rusiya Türkiyənin Suriyadakı mövcudluğunu maraqları üçün ciddi təhlükə yaratması səbəbi ilə rəsmi Ankaraya qarşı tarixdə görünməmiş koalisiya halındadırlar.

Türkiyənin öz hərbi qüvvələrini şimaldan Palmiraya köçürməsini önləmək üçün ölkəyə daxildən və xaricində həmlələr həyata keçirilir.

Türkiyə daxikindəki bir ilə yaxın davam edən yeyinti araşdırması üzərindən qurulan oyunlar, qlobal güc dinamikası bu qədər gərginləşən regionda gedən proseslərin Türkiyə daxilindəki səhnəsidir.

Türkiyənin ictimai-siyasi və media mühitindəki kənar nüfuz legionu aktivləşdirilərək ölkə daxili gərginliyi gücləndirmək , siyasi sabitliyi zəiflətmək və bununla da ölkənin geosiyasi müqavimətin qarşısının alınması hədəflənib.

Politoloq Yeganə Hacıyeva

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8