Suriyanın BMT-dəki nümayəndəsi sanksiyaları ləğv etməyə çağırıb
11.01.2025

Suriyanın BMT-dəki daimi nümayəndəsi Koussay Aldahhak ABŞ və digər ölkələri Suriya xalqına qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıb.

Suriya xalqının zülm zəncirlərini qırdığını və illərdir məhrum olduğu azadlıqlara qovuşduğunu bildirən Aldahhak əlavə edib: “Onlar öz ləyaqətlərini bərpa etdilər və indi yeni bir dövrdə öz gələcəklərini quracaqlar. Suriya xalqının ümid və istəkləri reallaşacaq”. 

Aldahhak, bu prosesdə Suriya xalqının daha yaxşı bir gələcək qurmalarını təmin etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı olduqlarını ifadə etdi.

Aldahhak BMT-nin bütün üzvlərini Suriya xalqının iradəsinə və milli seçimlərinə hörmət etməyə çağırıb. "Bu səbəblə xarici aktorlar siyasi prosesə müdaxilə etməməlidir. Suriya xalqının maraqlarına zidd olaraq qazanc əldə etməyə çalışmamalıdırlar. Suriyada nifaq salmağa çalışan və sülhü təhdid edən bəyanatlar verilməməlidir." - Aldahhak əlavə etdi.

Aldahhak, ABŞ-ın Suriyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində atdığı addımı qeyd etdiklərini ifadə edərək bildirdi ki, ABŞ və digər ölkələr əvvəlki rejimə və onun cinayət alətlərinə qarşı Suriya xalqına tətbiq etdikləri sanksiyaları ləğv etməlidir.

visiontv.az