Suriya Qadın Siyasi Hərəkatı (SWMP) Dəməşqdə mətbuat konfransı keçirərək, yeni administrasiyanın azadlıq və bərabərlik əsasları üzərində qurulması tələblərini çatdırıb. (SWMP) Dəməşqdə mətbuat konfransı keçirərək, yeni administrasiyanın azadlıq və bərabərlik əsasları üzərində qurulması tələblərini çatdırıb.
GünazTV xəbər verir ki, Suriya Qadın Siyasi Hərəkatının həmtəsisçisi və Avropa Konstitusiya və İnsan Haqları Mərkəzinin (AİHM) hüquq müşaviri Joumana Seif Anadolu Agentliyinə bildirib ki, onlar bu görüşü hərəkatın yarandığı gündən bu yana yeddi il ərzində gördüyü işlərdən danışmaq və rolunu vurğulamaq üçün təşkil ediblər. Qadınlar yeni hökumətin qurulmasında aktiv rol oynamaq istəyirlər.
İclasda iştirak edən Suriya Qadın Hərəkatının üzvü Dua Muhammed Suriyada qadınsız yeni hökumətin qurulmasının “mümkün olmadığını” söyləyərək, siyasi dəyişikliklərdə qadınların əhəmiyyətinə diqqət çəkib.
Suriyada qadınların siyasi transformasiyanın mühüm bir parçası olduğunu ifadə edən Məhəmməd əlavə edib ki, "Qadınlar yeni hökumətin qurulmasının hər mərhələsində söz sahibi olmalı və qərar vermə proseslərində aktiv rol oynamalıdırlar".
Dua Muhammed Əsəd rejimi dövründə son 13 ildə qadınlara münasibətin dəyişdiyini və qadınların da ən az kişilər qədər şiddətə məruz qaldığını bildirib.
Əsəd rejimi dövründə qəbul edilən qanunda qadınların ayrıseçkiliyə məruz qaldığına diqqət çəkən Məhəmməd qeyd edib ki, "yeni hökumətdə belə bir vəziyyətin olmasını istəmirik. Yaradılan yeni qanunda qadınlara üstünlük verilməsini istəyirik".
Dua Məhəmməd Yaxın Şərqdə qadınların "evdə oturub uşaqlara baxması" ilə bağlı ön mühakiməni də tənqid edərək, "Qadınlar istədiklərini edə və nə olmaq istədiklərinə özləri qərar verə bilərlər" ifadələrdən istifadə etdi.
visiontv.az