“The Independent” nəşrinin yazdığına görə, dünyanın müxtəlif yerlərində səyahət edən turistlər hansı ölkələrdə taksi sürücülərinin daha çox ədalətsiz davrandığını açıqlayıblar.
Sığorta şirkəti AllClear yeni araşdırma aparıb. Şirkət Reddit platformasında yerləşdirilmiş 450-dən çox paylaşımı və 30 mindən çox şərhi təhlil edərək, taksi sürücülərinin dələduzluq hallarının ən çox qeyd olunduğu ölkələrin siyahısını tərtib edib.
Birinci yeri Türkiyə tutub – bu ölkə ilə bağlı 4 224 şərh qeydə alınıb. Bu, ikinci yeri tutan Hindistandan (2 301 şərh) təxminən iki dəfə çoxdur.
İlk onluğa həmçinin Tailand, Vyetnam, Misir, Avstraliya, Meksika, Mərakeş, ABŞ və Kanada daxildir.
Ümumilikdə siyahıda 15 ölkə yer alıb. Onların arasında Fransa, Kolumbiya, Filippin, İtaliya və Norveç də var.
visiontv.az
