Jurnalistləri süzgəcdən keçirmək və fəailiyyətlərini məhdudlaşdırmaq üçün İran yeni üsullara əl atır
18.10.2024

İran vətəndaşları uzun illərdir ki, saytlara giriş və filtrasiya ilə bağlı məhdudiyyətlərlə üzləşirlər, lakin indi İslam Respublikası bu məsələdə bir addım da irəli gedib. İndi onlar jurnalistlərin, müxbirlərin və hətta tədqiqatçıların da daxil olduğu insanların şəxsi səhifələrinə tələb edilən şəkilləri yerləşdirməyə məcbur edirlər.

Belə ki, sosial media fəalları öz hesablarındakı köhnə paylaşımları sildikdən sonra hesablarında həmin sosial mediada "bu vebsayta giriş mümkün deyil" yazılı post paylaşmalıdırlar.

Bundan başqa bəzi sosial media fəalları telefonlarının SİM kartlarının da kəsildiyini bildirmişdilər. Sentyabr ayında "Şərq" qəzetinin verdiyi bilgiyə görə bu jurnalistlərin və siyasi fəalların telefonları prokurorluq tərəfindən izlənilib və kəsilib.

visiontv.az