Şərqi Azərbaycan Nümayəndələr Məclisinin sədri Əlirza Novin, əyalətin millət vəkilləri adından daxli işlər naziri İskəndər Möminiyə xəbərdarlıq edib.
Bu barədə yerli media məlumat yayıb.
"Cənab Mömini, əyalətlərdə şəhid İbrahim Rəisi hökumətinin məmurlarının təltif edilməsi mərasimilərində milli konsensusa zidd davranışların baş verməsi, Məsud Pezeşkian hökumətinin irəli sürdüyü milli birliyə qarşı çıxışıların edilməsi ilə bağlı xəbərlər var. Sizdən bu prosesin qarşısının alınmasını və məmurların ölkənin problemlərinin həllinə diqqət yetirmələri üçün tədbirlər görməyinizi istəyirik",- xəbərdarlıq məktubunda bildirilib.
Qeyd edək ki, xüsusən son vaxtlar mühafizəkar siyasi cərəyana mənsub şəxslər və keçmiş Prezident İbrahim Rəisinin dövründə hakimiyyətdə olan bir sıra məmurlar, "Rəisi irsinin qorunması və təbliği" adı altında tədbirlər keçirir.
Tədbirlərdə hazırkı hökumətdə yer ala bilməyən məmurlar xüsusi fəallıq göstərir, ölkədə olan mövcud iqtisadi, siyasi və başqa problemlərə görə Məsud Pezeşkian və komandasını günahlandırır, onların "İbrahim Rəisi dəyərlərinə" zidd hərəkət etdiyini deyirlər.
Onların arasında Əli Xaməneinin əyalətlərdəki nümayəndələri, o cümlədən, Ərdəbilin cümə imamı Həsən Amuli də var.
visiontv.az