Ötən gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin 6 min nəfərlik "Durnalar yuvası" (Qədir) idman kompleksində Urmunun Şhrdari voleybol komandası ilə İsfahanın "Gitipəsənd" komandasının qarşılaşması olub.
Bu barədə yerli media məlumat yayıb.
Qarşılaşmanı izləmək üçün idman kompleksinə gələn Qərbi Azərbaycan əyalətinin yeni təyin olunmuş təbrizli valisi Rza Rəhmani azərbaycanlı tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Onlar türkcə şüarla sləndirərək keçmiş millət vəkili Nadir Qazipurla yarışa tamaşaya gələn valiyə xoşgəldin deyib, əyalətə qeyri-azərbaycanlı valinin təyinatı planının baş tutmadığına görə məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, İran Premyer Liqasının 18-ci həftəsinin oyunları çərçivəsində keçirilən qarşılaşma Şəhrdari komandasının 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Bununlada Azərbaycan komandası 14 oyundan əldə etdiyi 41 xalla turnir cədvəlinin birinci pilləsində liderliyini qoruyub saxlayıb.
Voleybol üzrə Premyer Liqanın 19-cu həftəsinin qarşıdakı oyunu yanvarın 15-də keçiriləcək və Urmu komandası Mazandaran əyalətinin Qorqan şəhərində bu şəhərin "Pas" komandası ilə qarşılaşacaq.
visiontv.az