Xuzistan əyalətinin Əhvaz şəhərinin İnqilab Məhkəməsi 4 ərəb müəllim və ictimai fəalın hər biri barədə 6 il həbs qərarı çıxarıb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Müəllimlərin hər birinə "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbirolmaq" ittihamına görə 5 il, "hökumətə qarşı təbliat" ittihamına görə isə 1 il həbs cəzası verilib.
Onlar bundan əvvəl müəllimlərin və tələbələrin hüquqlarının pozulmasına etiraz etdiklərinə görə saxlanılmışdılar.
visiontv.az