SEPAH-ın keçmiş generalı Pezeşkianın oğlunu “pantürk” adlandırdı
18.08.2025

SEPAH-ın sabiq generalı, parlamentin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini, qatı anti-Azərbaycan mövqeyi ilə tanınan qərəzli ekspert Mənsur Həqiqətpur İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianı "pantürk cərəyanın tərəfdarı" adlandıraraq tənqid edib.

“Iran24” telekanalına müsahibəsində Həqiqətpur deyib: “Pezeşkianın Azərbaycan mövzusuna qohumbazlıq yolu ilə yanaşması yanlış və vulqardır. Prezidentin Zəngəzur məsələsi ilə bağlı fikirləri bəsitdir.”

O, bildirib ki, İran bu məsələdə ya öz payını təmin etməli, ya da alternativ plan hazırlamalıdır. Həqiqətpur habelə prezidentin ekspert fikirlərindən yararlanmaq vədini xatırladaraq bildirib: “Pezeşkian bu məsələlərdə, oğlu istisna olmaqla, əsl mütəxəssislərin rəylərindən istifadə etməlidir. Mən onun oğlunun fikirlərini qəbul etmirəm”.

visiontv.az