Şəbistərdə milli məhbusa dəstək aksiyası keçirildi
05.10.2024

Şərqi Azərbaycan əyalətinin Şəbistər rayonunda və Nadarlı kəndində milli məhbus Əli Rəzizadə Nadarlıya dəstək aksiyası keçiriblər.

Bu barədə yerli fəallar məlumat yayıb.

Bildirilib ki, Rəzizadənin qanunsuz həbsinə etiraz və onun sərbəst buraxılması tələbi ilə posterlər yayılıb və ictimai yerlərə yapışdırılıb.

Siyasi fəalın fotosu olan posterlərin üzərində "Azərbaycan siyasi məhbuslarına özgürlük, Əli Rəzizadə Nadarlı" və "Azadlıq, Ədalət, Milli hökumət" şüarları yazılıb.

Qeyd edək ki, "pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək"də ittiham edilən Əli Rəzizadə Nadarlı, 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.

O, 1 il həbs cəzasına məhkum edilib və həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.

visiontv.az