Rusiyanın bu vilayətindən 13 min şəxs təxliyə olundu
Rusiyanın Kurqan vilayətində daşqınlar səbəbindən 12782 nəfər təxliyə olunub.
Visiontv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kurqan vilayətinin qubernatorunun mətbuat xidmətindən məlumat verilib.
Ural Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Tobol çayında 15-18 aprel tarixlərində suyun səviyyəsi kəskin şəkildə artaraq, 850 sm-i keçəcək.
visiontv.az