Qrossi Teharan gəlib
06.05.2024

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana səfər edib.

Bu barədə İran mediası məlumat yayıb.

AEBA baş direktorunun İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşü gözlənilir. 

Daha sonra o, Beynəlxalq Nüvə Elmləri və Texnologiyaları Konfransında iştirak etmək üçün İsfahana gedəcək.

Qrossi bundan əvvəl verdiyi açıqlamada agentliklə İran arasında münasibətlərdəki problemləri müzakirə etmək üçün Tehrana səfər etməyi planlaşdırdığını demişdi.

O, həmin açıqlamasında nüvə danışıqlarının iflasa uğramasından bu yana İranın əhəmiyyətli dərəcədə nüvə bombası yaratmağa yaxınlaşdığını deyib.

"Atom bombasına malik olmayan heç bir ölkə uranı 60% səviyyəsinə qədər zənginləşdirməz. İran nüvə bombası hazırlamaq üçün lazım olduğundan daha çox zənginləşdirilmiş uranı istehsal edib",- Qrossi xəbərdarlıq edib.

Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vurğulayıb ki, beynəlxalq ictimaiyyət İranın bu əməlinin qarşısını almaq üçün hər şeyi etməlidir.

visiontv.az