Parlament seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq
23.10.2024

Parlament seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

Bu barədə Visiontv.az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Gürcüstan vətəndaşlarının səsvermə hüququndan istifadə etməsi üçün diplomatik nümayəndəlik tərəfindən müvafiq şərait yaradılacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixində keçiriləcək.