Nəzarət buraxılış məntəqəsi, yeni vəziyyət və Xankəndinə nəzarət-VİDEO
Nəzarət buraxılış məntəqəsi, yeni vəziyyət və Xankəndinə nəzarət-VİDEO
02.05.2023 İbrahim Məmmədov Tərəfindən

Politoloq İbrahim Məmmədovun təqdimatında "Həftəyə baxış".

-PARALEL HƏMLƏLƏR HƏFTƏSİ: DÖRD FAKTOR BİR ARAYA GƏTİRİLƏNDƏ: iqtisadi, siyasi, diplomatik və hərbi faktorlar əlverişli şəkildə bir araya gətirildi və Həkəri çayı üzərindəki strateji nöqtədə NBM quruldu.

– SOCAR Avropanın qaz ticarətinin yeni seqmentində; AVROPA-AZƏRBAYCAN: KOMMERSİYA, GEOSİYASİ KONTEKST VƏ STRATEJİ MÜTTƏFİQLİK BİR ARADA

- Ermənistanın formalaşdırmağa çalışdığı anti-Azərbaycan koalisiyasının Avropa və Cənubi Qafqaz qollarında yeni vəziyyət

– NƏZARƏT BURAXILIŞ MƏNTƏQƏSİ - PROBLEMİN HASARLANMASI

- Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan: “bizim vəziyyətimiz çox ağırdır”.

– NBM, YENİ VƏZİYYƏT VƏ XANKƏNDİ:

- Xankəndinə uzaqdan nəzarət bərpa edildi. Xankəndinə gedən əsas kommunikasiyaya-YOLA nəzarət edir.

- Separatçılar Azərbaycandan kənardakı qanunsuz və təbii ki, nəzarətsiz əlaqələrdən məhrum olundular;

- Separatizm və separatçılar öz qida mənbələri ilə rabitəni itirdilər;

- Yeni situasiya Xankəndindəki separatçıların mövqeyini zəiflətdiyi qədər də, Azərbaycan vətəndaşlığı qəbul etməyin tərəfdarı olan sadə ermənilərin mövqelərini gücləndirəcək.

- Xankəndindəki konstruktiv qruplar separatçıların girovluğundan xilas olmaq üçün siyasi və psixoloji şəraitin yetişdiyini görəcək və hərəkətə keçəcəklər.

- Qanunvericiliyə görə Azərbaycanın sərhəd xidmətinin fəaliyyətinə hər hansı xarici müdaxilə mümkünsüzdür. Azərbaycanla başqa heç bir ölkə arasında sərhədlərin birgə qorunması haqda müqavilə yoxdur. Odur ki, Ermənistanla sərhəddəki sərhəd zonası və sərhəd zolağında xidmət və sərhəd zolağına nəzarət müstəsna olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin hüququ və funksiyasıdır, Azərbaycanın DSX-nın məsuliyyət zonasıdır.

- YENİ HƏRBİ GƏRGİNLİK ZOLAĞI: BƏSRƏ KÖRFƏZİNDƏN TAYVAN BOĞAZINADƏK

- Çox böyük ehtimalla yay mövsümündə neftə ehtiyacın azaldığı dövrdə bu zolaqda hərbi gərginlik artaraq toqquşmalara çevrilsin. Bunun üçün iqtisadi səbəblər var. Diplomatik-siyasi gərginlik var. Hərbi hazırlıqlar göz qabağındadır. Hamının hazır olması vacibdir.

 

visiontv.az