Axios-un İsrail mənbəsinə və məsələ ilə tanış olan başqa bir şəxsə istinadən verdiyi məlumata görə, İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea cümə günü İrandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün ABŞ-a gəlib.
Məlumata görə, Barneanın ABŞ rəsmiləri, o cümlədən İranın xarici işlər naziri Abbas Araqçi ilə birbaşa əlaqə kanalı ilə işləyən Ağ Ev nümayəndəsi Stiv Vitkovla görüşməsi gözlənilir.
Barneanın səfəri zamanı prezident Donald Trampla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.
visiontv.az