Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan vəkil və milli fəal Yılmaz Mehrəlibəyli saxlanıldığı Culfa şəhər həbsxanasından sərbəst buraxılıb.
Bu haqda onun yaxınları məlumat yayıb.
Məlumata görə, hüquqşünas 14 günlük həbsdən sonra avqustun 3-də 1 milyard tümən girov qaşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.
Qeyd edək ki, təhlükəsizlik məmurları Yılmaz Mehrəlibəylini iyulun 21-də həbs edərək Təbrizin təhlükəsizlik təcridxanasının istintaq bölməsinə, bir neçə gün sonra isə Culfa həbsxanasına köçürüblər.
Azərbaycanlı hüquqşünas bundan əvvəl də dinc fəaliyyətlərinə görə təqib və təzyiqlərlə üzləşib, təhlükəsizlik idarəsinin göstərişi ilə üzv olduğu Şərqi Azərbaycan Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
visiontv.az