İranın anti-Azərbaycan mövqeyi ilə tanınan siyasi şərhçisi Şüeyb Bəhmən “Jamejam Online” saytına müsahibəsində Azərbaycan–İran əlaqələri ilə bağlı cəfəngiddialar səsləndirib.
Bəhmən iddia edib ki, son illərdə Bakı və Tehran arasında münasibətlərdəki gərginliklər “Azərbaycan rəsmiləri və rəsmi medianın anti-İran mövqeyi” və Azərbaycanın guya “Tel-Əviv və Vaşinqton orbitinə daxil edilməsi cəhdləri” ilə bağlıdır.
Ekspert, habelə, Azərbaycanın “regiondankənar aktorların maraqlarına xidmət etdiyini”, Bakının “sionist rejim” və ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığını “İrana qarşı yönəlmiş addımlar” kimi qələmə verib. Siyasi analitikin bu fikirləri Azərbaycan tərəfindən əsasız və qərəzli ittihamlar kimi dəyərləndirilə bilər.
Müsahibədə İranın “Qafqaza yanaşmasının xalqlara yönəlmiş tarixi-mədəni məsuliyyət” üzərində qurulduğu iddia olunub, Azərbaycanın isə “regional təşəbbüslərə lazımi maraq göstərmədiyi” irəli sürülüb.
visiontv.az