Güneyli məhbus uzun müddət sonra xəstəxanaya aparılıb
08.12.2025

Güneyli vəkil və siyasi məhbus Tahir Nəqəvi mülki geyimdə və qandalsız şəkildə Evin zindanından xəstəxanaya köçürülüb. İlkin müayinədən sonra həkimlər onun onurğa problemlərinə görə yenilənmiş MRT istəyiblər.

Mənbələr bildirir ki, əvvəlki tibbi müayinələrin nəticələri artıq etibarsızdır və Tehrandakı bədnam Evin həbsxanasında göndəriş prosesinin gecikməsi müalicənin davamını çətinləşdirir. Bir gün öncə isə həbsxana rəhbərliyinin qandal və zindan geyimi tələbi ucbatından köçürülmə baş tutmamışdı.

Hazırda Tahir Nəqəvi və digər güneyli siyasi məhbus Vədud Əsədi aclıq aksiyasının 39-cu günündədir və ailələri onların tibbi xidmətlərdən yararlanmasını və hüquqi vəziyyətlərinin aydınlaşdırılmasını tələb edir.

visiontv.az