Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
26.04.2024

Tehran şəhəri Evin Həbsxanasında saxlanılan Güney Azərbaycanın milli hərəkat aktivistləri Mahmud Ocaqlu, Əli Rəzeyzadə Nadarlı, Əsğər Fərəci və Əli Rzai hələ də məzuniyyət hüquqları ilə təmin olunmayıblar.

“Abbas Lisani” xəbər portalının məlumatına istinadən həbsxananın 4-cü palatasında məhkumluq müddətini çəkməkdə olan Mahmud Ocaqlunun qət edilmiş həbs müddətindən 17 ay ötür.  

Lakin qanunla şamil olunan məzuniyyət hüququ ilə təmin olunmur. Həmçinin bir müddətdir Təhlükəsizlik İdarəsi tərəfindən ona qarşı yeni iş açılacağı ilə hədələnib. 

Aktivist barədə açılmış iş üzrə apellyasiya baxışı zamanı ona iştirak edib özünü müdafiə haqqı verilmdən 11 ilədək həbsə və digər əlavə cəzalara məhkum olunub.

Əli Rəzeyzadə Nadarlı 1 illik məhkumluq müddətini həmin həbsxananın 8-ci palatasında çəkir.   

Digər güneyli aktivist Əsğər Fərəci də həmin palatada 5 illik həbs müddətini çəkməkdədir. 

Məhkumluq müddətinin üçdə bir hissəsini ötüb. Lakin məzuniyyət hüququ ilə təmin olunmayıb. Fərəci bel nahiyəsində xəstəlikdən əziyyət çəkir. 

Ailəsi dəfələrlər müraciət edib müalicə mərkəzlərinə göndərilməsini xahiş ediblər. Lakin onların istəyi təmin olunmayıb.

Həmçinin Evin Həbsxanasında 6 illik məhkumluq müdətini çəkməkdə olan Əli Rzai Havastan ancaq atası rəhəmtə gedəndən sonra 5 günlük məzuniyyətlə təmin olunub. 

visiontv.az