İran dünyada adambaşına ən yüksək edam nisbətinə malikdir və bu tendensiya davam edərsə, bu il İranda edamların sayı 1000-i keçə bilər.
Bunu BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato deyib.
Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 58-ci illik toplantısında çıxış edən May Sato, İranda insan haqlarının günü-gündən daha çox pozulmasıdan narahatlığını bildirib.
O, İranda etniklərə qarşı da təzyiqlərin artdığını, onların nümayəndələrinin başqa bəhanələrlə həbs edildiyinə diqqət çəkib.
BMT-nin xüsusi məruzəçisi İran hökumətininedam hökmündən repressiya aləti kimi istifadə etdiyini və bu vasitə ilə etirazçıları susdurmaq istədiyini vurğulayıb.
Edam edilənlər arasında yetkinlik yaşına çatmayanların da olduğunu bildirən M.Sato, bunu Uşaq Hüquqları Konvensiyasının açıq şəkildə pozulması adlandırıb, və bildirib ki, İran yaşı 18-dən aşağı olan insanları edam edən nadir ölkələrdən biridir.
Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 975-nin kimliyini müəyyənləşdirmək mümkün olub.
Bu son 30 il ərzində İranda həyata keçirilən ən yüksək edam sayıdır.
visiontv.az