Mario Varqas Lyosa: “İlahi istedadlı hekayə ustası”
16.04.2025

Onu Latın Amerikası ədəbiyyatının nəhənglərindən biri adlandırırlar. Ancaq məncə o, Dünya ədəbiyyatının zirvələrindəndir. Nobel mükafatı laureatı yazıçı Mario Varqas Lyosa (1936-2025) 89 yaşında vətəni Peruda həyata vida etdi.

2010-cu ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüləndə İsveç Kral Akademiyasının münsifləri ona “ilahi istedadlı hekayə ustası” demişdilər.

Lyosa "Latın Amerikası bumu" adlı ədəbi hərəkatın ulduzlarından biri idi. Gəncliyindən solçu ideyalara rəğbət bəsləyən Lyosa Peru prezidentliyinə namizədliyini irəli sürmüşdü bir vaxtlar. Seçilməmişdi...və nə yaxşı ki, də seçilməmişdi. Yoxsa müasir ədəbiyyatı neçə-neçə gözəl əsərlərdən məhrum edərdi...

İbrahim Nəbioğlu

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8