Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edirik
24.04.2025

Türkiyə Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan norveçli həmkarı Espen Barth Eide ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu istiqamətdə lazım olan dəstəyi verməyə hazırdır.

Hakan Fidan, həmçinin, ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyinin tam olduğunu da vurğulayıb.