İranın Kərəc, Xurrəmabad, Məlayer, Yəzd, Yasuc və Əhvaz şəhərlərinin həbsxanalarında 14 məhkum edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, 7 məhbus aprelin 22-də, digər 7 məhbus isə bu gün səhər saatlarında Kərəcin Qızılhisar həbsxanasında asılıb.
Onların 3-ü adam öldürməkdə, 11-i isə narkotik maddələrin alverində günahlandırılıb.
Qeyd edək ki, 2024-cü ildə İranda 972 məhbus edam edilib və bu ötən il dünyada edam cəzalarının 64%-ə bərabərdir.
Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda edam sayına görə İranın dünyada birinci yerdə olduğunu bildirib.
visiontv.az