Makron Fransasının növbəti məzmunsuzluğu…
Makron Fransasının növbəti məzmunsuzluğu…
25.04.2023 Əkbər Qoşalı Tərəfindən

Bəlli olduğu kimi, aprelin 23-də Azərbaycan Respublikası Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan sərhəddində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini həyata keçirib. Üç onillik boyunca qudurğancasına sərbəst gəliş-gedişə adət etmiş, ərazi bütövlüyü, suveren hüquqlarımızı, beynəlxalq hüquqları heçə sayan zehniyyət sahibləri 23 aprel tarixi addımımızdan bərk əndişəyə düşüblər. Qafqaza heç bir aidiyyayı olmayan, dövlət urvatını itirmiş Makron Fransasının Avropa və Xariciİşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr bekara, əsassız bir açıqlama verib.

Azərbaycan nə edib ki?

- Öz suveren ərazisində və sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edib. Ən adi dövlət, hüquq, beynəlxalq münasibətlər anlayışı olanlar bal kimi bilir ki, bu vurğulananlar hər bir ölkənin öz suveren, legitim hüququdur.

Qafqazlardan çox uzaqlardakı Fransa Azərbaycanının qanuni haqlarına qarşı çıxıb, hər hansı beynəlxalq sənədə zidd olduğu iddiasını irəli sürüncə, buyursun, özünün hər hansı bir qonşusu ilə sərhəd-buraxılış məntəqəsini sıfırlasın. Bizdən tələb etdiyinin örnəyini özü yaratsın görək hələ…

Edə bilərmi?

-Ay etdi ha!.. 

Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən adambalası vətəndaşların, qanuni nəqliyyat vasitələri və (terrorçuluğa, separtizmə xidmət etməyən) yüklərin təhlükəsizliyinə zəmanət verir. Ermənistan öz ərazisinə Azərbaycan vətəndaşlarını buraxırmı? Ermənistan yolu azan Azərbaycan əsgərlərinə insani rəftar göstərə bilirmi?

Hələ bir bu suallara cavab versinlər…

- Kimlər?

- Anti-Azərbaycan zehniyyətli hər kəs!..

Əkbər Qoşalı

Visiontv.az