Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub
08.05.2026

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.

İdarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qurultayın keçiriləcəyi məkan hələlik məlum deyil.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib.