Kanadada adını dəyişərək fəaliyyət göstərən iranlı diş həkiminin iş lisenziyası İrana sanksiyalardan yayınmağa kömək etdiyi üçün ləğv edilib.
Bu barədə ingilisdilli "Global News" məlumat yayıb.
Məlumata görə, əsl adı Arəş Yusefi Cəm olan "Uraşh Kohın"in artıq Ontario əyalətində diş həkimi kimi fəaliyyət göstərməsinə qadağa qoyulub.
Bildirilib ki, Arəş bundan əvvəl 2011-ci ildə qardaşı Əmin Yusefi Cəmlə birlikdə İrana həssas avadanlıq göndərdiyi üçün məhkum edilib.
"Qardaşlar Amerikada cəza çəkdikdən sonra Kanadaya qayıtdılar və Ontario ad dəyişmə sistemindən istifadə edərək adlarını dəyişdirdilər. Bundan sonra Arəşh Yusefi Cəm McGill Universitetini stomatologiya sahəsində bitirib, qardaşı is bir şirkətdə işə düzəlib",- məlumatda bildirilib.
Qeyd olunub ki, Kanadanın təhlükəsizliyinə təhdid törətməkdə ittiham olunan Əmin Yuusefi Cəmin məhkəməsi fevral ayında keçiriləcək.
Arəş isə Kanada vətəndaşı olduğuna görə, onu deportasiya etmək hələlik mümkün deyil və barəsində əlavə tədqiqatlar aparılacaq.
visiontv.az