İranda sünni din xadimləri həbs olunub
04.08.2025

İranın Sistan və Bəlucistan əyalətinin Çabahar rayonunda iki sünni məzhəbli din xadimi həbs edilib.

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məmurları məhkəmə arayışı olmadan Mənsur Bəluç və Məsud Bəluç adlı din xadimlərini qandallayaraq naməlum yerə aparıblar.

Onların həbs səbəbi və ittihamları barədə məlumat verilməyib.

Qeyd edək ki, son vaxtlar İran hökuməti sünni bəluçların şiyələşdirilməsi prosesini sürətləndirib  və bu planın icrası üçün çox sayda şiyə din xadimini bölgələrə göndərib.

Bununla yanaşı yoxsul bölgələrdə yaşayan aztəminatlı bəluçların məzhəblərini dəyişdirmələri üçün şirnikləndirici vədlər və əlavə imtiyazlar verilir.

visiontv.az