İranda daha 6 məhbus edam edildi
15.09.2026

İranın Zabol, İranşəhr, Zahidan və Ciroft şəhərlərində 6 məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onların hamısının narkotik maddələrin alverində günahlandırıldığı bildirilib.

Bununlada cari ildə İranda edam edilənlərin sayı 900-ü keçib. Onlardan 56-ı siyasi və təhlükəsizlik ittihamlarına görə dar ağacından asılıblar.

visiontv.az