İranda 10 məhkum edam edilib
23.10.2024

İranın Ciroft, Qum, Məlayir və İsfahan şəhərlərinin həbsxanalarında daha 10 məhkum edam edilib.

İnsan haqları təşkilatlarının məlumatına görə, edam edilənlərin 8-i adam öldürməkdə, 2-i isə narkotik maddələrin alverində günahlandırılıb.

Bununlada son cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 600-ə, 1 ildə isə 900-ə yaxınlaşıb.

Edamlarının sayının artması BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Satonun məsələyə münasibət bildirməsinə səbəb olub.

"Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır",- deyə o bildirib.

visiontv.az