İran mediası: «Zəngəzur dəhlizinin İran üçün iqtisadi nəticələri var?»
14.08.2025

İran Ticarət Palatasının Nəqliyyat, Tranzit və Logistika Komissiyasının aədri Rza Rüstəmi iddia edib ki, Zəngəzur dəhlizinin açılması İranın tranzit mövqeyini zəiflədə və Avropa ilə quru əlaqəsini çətinləşdirə bilər.

Rüstəminin fikrincə, Zəngəzur dəhlizini yaradılması bölgədəki tranzit balansını dəyişəcək. O, qeyd edib ki, bu vəziyyət İranın yükdaşıma şirkətlərini Türkiyənin marşrutundan istifadə etməyə məcbur edəcək ki, bu da nəqliyyat xərclərini artıracaq və rəqabət qabiliyyətini azaldacaq.

Onun sözlərinə görə, yükdaşıma tariflərinin artması məhsulların maya dəyərinə 12-15% təsir edir və bu da Tehran üçün əlavə iqtisadi yük yaradır.

Komissiya rəhbəri iddia edib ki, dəhlizin işə düşməsi yalnız İran deyil, həm də Rusiya, Türkiyə və Çin kimi region ölkələrinin nəqliyyat marşrutlarını dəyişdirə və yeni iqtisadi çəkişmələrə səbəb ola bilər.

visiontv.az