İran əfqanistanlı qaçqınları ölkədən qovur
23.12.2024

Cari ildə İranda yaşayan əfqanistanlı qaçqınların 1 milyon 100 min nəfəri müxtəlif formalarda ölkələrinə geri qayıdıb və ya qaytarılıb.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, geri qayıdan və ya qaytarılan sənədsiz qaçqınların  66%-i məcburi şəkildə deportasiya edilib.

Qeyd edək ki, əfqanistanlıların ölkədən qovulmasının sürətləndiriməsi üçün Tehran hökuməti onlara mülk, avtomobil satmaq və ya onları işə götürməyi cinayət elan edib.

Bir müddət əvvəl İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi və ölkənin daxili işlər naziri İskəndər Mömüni də əfqanistanlı qaçqınların ölkədən çıxarılacaqları barədə bəyanatlar səsləndiriblər.

Onların dediyinə görə, 2025-ci ilin aprel ayına kimi 2 milyon əfqanıstanlı qaçqın deportasiya olunacaq.

visiontv.az