Hubble və James Webb teleskoplarının yerini tutacaq Nensi Qreys Roman adlı yeni nəsil kosmik rəsədxana
18.10.2024

NASA alim və mühəndisləri Hubble və James Webb teleskoplarının yerini tutacaq Nensi Qreys Roman adlı yeni nəsil kosmik rəsədxananı orbitə çıxarmağa hazırlaşırlar. Teleskopun əsas komponentləri Merilend ştatındakı Goddard Kosmik Uçuşlar Mərkəzində sentrifuqada uğurla sınaqdan keçirilib.

Nensi Qreys Roman teleskopunun kosmik orbitə 2027-ci ilin mayında buraxılması planlaşdırılır.

Teleskop NASA-nın ilk qadın rəhbərlərindən biri olan, Hubble teleskopunun yaradılmasına verdiyi töhfəyə görə “Habblın anası” adlandırılan astronom Nensi Qreys Romanın şərəfinə adlandırılıb. Nensi Qreys NASA-da çalışdığı 21 il ərzində onlarla tədqiqat proqramının müəllifi olub.

İbrahim Nəbioğlu

visiontv.az