Hökumət mollası: “Xameneyinin bir sözü düşməni tərksilah edir”
08.12.2025

Robat Kərim şəhərinin cümə imamı Həsən Turabi namaz xütbəsində 12 günlük İran-İsrail müharibəsindəki gərginlik və ictimai narazılıqlarla bağlı qeyri-adi və əsassız iddialarla çıxış edib.

Turabi bildirib ki, “düşmənlər” (red. ABŞ və İsrail) 12 günlük müharibə zamanı guya başa düşüblər ki, “İran millətini bir neçə sosial media klipi və dollarla satın almaq olmaz” və xalq “inqilabın və hakimiyyətin yanında dayanır”.

“47 ildir ki, mübarizə aparan bir xalqı “Instagram” klipi və dollarla almaq mümkün deyil. İllərlə plan quran hər kəs ali rəhbərin bir sözü ilə tərksilah olacaq və döyülüb əliboş geri qayıdacaq”, - deyə, cümə imamı vurğulayıb. (EcoNews)

Cümə imamının sözlərinə baxanda belə çıxır ki, dünya gücləri İranı tank və ya raketlə deyil… "Instagram" klipləri ilə “ələ keçirməyə” çalışıb. Yəqin elə buna görə də Turabi “müharibə”ni məscidin minbərindən idarə edib.

visiontv.az