“Fox News” telekanalının təhlilinə görə, ABŞ hökumətinin Venesuela prezidenti Nikolas Maduroya qarşı təzyiqi Vaşinqtonun Rusiyanın dünya miqyasında təsirini azaltmaq strategiyasının tərkib hissəsidir. Məqalədə bildirilir ki, Donald Tramp administrasiyası Kremlə təzyiq göstərmək və Ukraynadakı müharibənin gedişinə təsir etmək üçün Venesuelaya yönəlib.
Telekanalın yazdığına əsasən, bu siyasət “Moskvanın müttəfiqi olan yaramaz dövlətləri cilovlamaq” məqsədi daşıyır və hazırda İran və Venesuelanı, daha əvvəl isə devrilmiş Suriyanın keçmiş prezidenti Bəşar Əsədin hökumətini əhatə edir.
Fox News qeyd edir ki, Venesuela Rusiyadan asılı dövlətlərdən biridir və Tramp administrasiyası ardıcıl şəkildə göstərir ki, ABŞ-nin gücü qarşısında Moskva öz müttəfiqlərini qorumaqda aciz qalır.
visiontv.az