Amerika İranla bağlı yeni sanksiyalar tətbiq etdi
02.04.2025

Tramp administrasiyası maksimum təzyiq siyasətinə uyğun olaraq, İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə yeni sanksiyalar İran, BƏƏ və Çində yerləşən 2 fiziki şəxs və 6 qurumu əhatə edir.

“İranın pilotsuz təyyarə və raket istehsalı, onun bölgədəki proksi və terrorçu qüvvələrinə çatdırılması, Ukraynada mülki şəxslərə qarşı istifadəsi üçün Rusiyaya ötürülməsi Amerika hərbçiləri, müttəfiqlərimiz və tərəfdaşlarımız üçün ciddi təhlükədir”,- Amerika Maliyyə Nazirliyi bildirib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8