Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın paytaxtı Şamda şükür namazı qılacağını bir neçə il bundan əvvəl, elan etmişdir. Növbəti 10 gün ərzində prezident R. T. Ərdoğan Suriyaya səfər edəcək.
Çox gümanki növbəti cümə namazını Əməvi Məscidində qıla bilər. Yaxın və Orta Şərqin qalib lideri kimi Suriyada önəmli mesajlar verəcək. Yaxın Şərqdə yeni təhlükəsizlik mərhələnin başlanğıcını elan edəcək. İsrailə də mesajlar verəcək. Xüsusilə Fələstin dövlətinin tanınmasını önə çəkəcək. Əgər, Cənab Ərdoğan Şam səfərində "Qüdsdə namaz qılacagıq"- mesajını verərsə, təəccüblü görünməməlidir.
Rusiya prezidenti V. Putin mətbuat konfransında deyir ki, Suriyada tək qazanan İsrail oldu. İsrail Suriyada Bufer zonaya daxil olub. Türkiyənin təzyiqi ilə geri çəkiləcək. Suriyada Rusiya və İran məğlub olub. Rusiya lideri Türkiyənin qələbəsini qəbul etmir. Astana formatında Türkiyənin qalib gəlməsi Moskva və Tehranda soyuq başlarda istilik yaratdı.
Məhəmməd Əsədullazadə
visiontv.az