Ərdoğan ABŞ-İran danışıqlarının müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib
15.04.2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və ABŞ arasında danışıqların müsbət nəticələnə biləcəyinə ümidvar olduğunu deyib.

O bu barədə Türkiyə Böyük Millət Məclisində  AKP-nin qrup iclasındakı çıxışında danışıb. 

Ərdoğan İsrailin atəşkəsdən narazı olduğunu bildirib.

“Xüsusilə də atəşkəsdən məmnun olmadığı bilinən İsrail hökumətinin prosesə ziyan verməsinə icazə verilməməlidir”,- Türkiyə Prezidenti vurğulayıb.

visiontv.az