Empatiya və ya tanımadığınız bir insan üçün xəstəxanaya gedəcək qədər insanıqmı?
26.07.2026

Şabranda bir ata yetim böyüdüyünu və buna görə övladının dünyaya gəlməsini xəstəxana qarşısında tək gözlədiyini sosial şəbəkədə paylaşıb. Onu tanımayan insanlar isə bu anı bölüşmək üçün xəstəxanaya gəliblər.

Bunun arxasında insan beyninin ən qədim xüsusiyyətlərindən biri olan empatiya və sosial bağlılıq dayanır. İnsan tarix boyunca qrup halında yaşayıb və başqasının sevincini, qorxusunu, kədərini paylaşmaq həyatda qalmağımızı asanlaşdırıb. Müasir araşdırmalar göstərir ki, başqasına dəstək olmaq beynin mükafat sistemi ilə əlaqəli sahələrini aktivləşdirə və insanda məmnunluq hissi yarada bilər. Bəzən heç tanımadığımız birinin xoşbəxtliyi belə bizə toxunur. Çünki min illər keçsə də, beynimiz hələ də bizə eyni şeyi xatırladır: insan insana lazımdır.

Neandertal

visiontv.az