"Demarkasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq"
20.12.2024

Sərhədin tam demarkasiyasından sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu "ArmenPress"ə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.

"Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissəsində üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsini istisna edən müddəanın təşviqini təklif edirik. Çünki delimitasiya hesabına bu ərazilərdə eskalasiya riski əhəmiyyətli dərəcədə azalır", - hökümət başçısı vurğulayıb.

Paşinyan sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qaldırılmış qarşılıqlı iddiaların geri götürülməsini məntiqli addım adlandırıb.

"Bu ideya iki nüans daxilində bizim üçün məqbuldur. Onlardan biri beynəlxalq plarformalarda müzakirə olunan humanitar məsələlərin həlli üçün aydın perspektivlərin mövcudluğudur. İkinci məsələ isə ondan ibarətdir ki, mübahisəli məsələlər beynəlxalq plarformalardan çıxarıldıqdan sonra gərək tərəflər onları ikitərəfli formatda qaldırıb həm gündəmi gərginləşdirməsinlər, həm də onları davamlı eskalasiya mənbəyinə çevirməsinlər".