“Bakıda bina tikilişini dayandırmaq lazımdır”
05.04.2023

Bəstəkar-müğənni Murad Arif Bakının mərkəzində yeni binaların tikilməsindən narahatdır.

Visiontv.az Olay.az - a əsasən bildirir ki, bu barədə sənətçi feysbuk hesabında paylaşım edib:

“Stop! Təcili sürətdə 28 May, Sahil, İçərişəhər, Elmlər akademiyası, 20 Yanvar, Nəriman Nərimanov ərazisində bina tikilişinə stop vermək lazımdır! Şəhər insanlardan, maşınlardan, sıxlıqdan partlayır! Tokyo deyilik axı, uzununa inkişaf edir Bakı... Eninə böyümək üçün nə qədər yer var. Dəyərləndirin də ətrafı”.