Azərbaycana gələn dövlət başçılarının Qarabağa səfərləri xüsusi siyasi əhəmiyyət kəsb edir
Azərbaycana gələn dövlət başçılarının Qarabağa səfərləri xüsusi siyasi əhəmiyyət kəsb edir
27.04.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycana səfər edən bəzi dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərlərin təşkili xüsusi siyasi əhəmiyyət kəsb edir.

Ermənistanın 30 il ərzində hayata keçirdiyi vandalizm aktını gözləri ilə görürlər. Həmçinin bu Azərbaycanın ərazi bütövlüyünün tam tanınması deməkdir. Biz görürük ki, ABŞ və bəzi ölkələrin səfirləri Şuşaya səfər etmir.

Qeyd edim ki, əsasən Türk dövlətlərinin başçıları işğaldan azad olunmuş ərazilərə səfər edir. İşğaldan azad olunmuş ərazilərə və Şuşaya Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentəri səfər edib. Bu Türk birliyinin bariz nümunəsidir. Qeyd edim ki, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İ. Rəisi Azərbaycana səfər etsələr, onların da Şuşaya, Xankəndinə səfərini protokola salmaq lazımdır. 90-cı illərdə hər iki ölkənin Ermənistana dəstəyi sayəsində bu ərazilər viran edilib.

Məhəmməd Əsədullazadə

visiontv.az