Amerika İran kəşfiyyatçılarına sanksiya tətbiq etdi
28.03.2025

Amerika administrasiyası keçmiş FTB agenti Robert Levinsonun oğurlanması və ölümündə iştirak etdiyi iddia olunan İranın 3 kəşfiyyatçısına sanksiyalar tətbiq edib.

Bu barədə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

Sanksiyaya məruz qalan şəxslər Rza Əmiri Müqəddəm, Qulamhüseyn Məhəmmədniya və Taği Daneşvər adlı kəşfiyyatçılardır.

Xatırladaq ki, Levinson 2007-ci ildə İrana şəxsi işgüzar səfərə getdikdən sonra yoxa çıxıb. İlk olaraq şəxsi səbəblərlə İrana gəldiyi iddia edilsə də, 2013-cü ildə aparılan jurnalist araşdırmasında Levinsonun Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli olduğu məlum olub. 2019-cu ildə Amerika hökuməti Levinsonun harada olduğunu öyrənənə qədər 20 milyon dollar mükafat təklif etmişdi.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8