"Təəssüflər olsun ki, islam peyğəmbərinin karikaturalarının çəkilməsi, "Quran-i Kərim"in yandırılıması, məscidlərə təcavüz Avropa reallığıdır. Monoetnik Ermənistanda, azərbaycanlıların tarixən yaşadığı ərazilərdə dini abidələrin məhv edilməsi müşahidə olunur".
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransda bildirib.
O söyləyib ki, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından didərgin salınmasından sonra 300-dən çox dini-tarixi abidə məhv edilib:
"Bu gün erməni dini dairələri Ümumdünya Kilsə Şurasından və xristian təəssübkeşliyindən sui-istifadə edir. Azərbaycanlıların öz tarixi torpaqlarından didərgin salınmasından sonra 300-dən çox dini-tarixi abidənin dağıdılmasından sonra Qafqaz Müsəlmanları İdarənin İrəvan qazısı fəaliyyətini dayandırmışdı. Biz bu günlərdə onun işini bərpa etdik. Ermənistan bu gün dinlərarası nifaq salır və xristian təəssübkeşliyindən Azərbaycana qarşı istifadə edir".
Şeyxülislam həmçinin İrəvan Qazılığının fəaliyyətinin bərpasına görə təşəkkür edib:
"Milli mənəvi dəyərlərimizi, tarixi ənənələrimizi bərpa etdiyimiz üçün, İrəvan Qazılığının fəaliyyətini bərpa olunmasında göstərdiyi dəstək üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə təşəkkür edirəm. Bu gün Azərbaycanda fəaliyyət göstərən dini abidələr tolerantlığın ali təzahürüdür. Bu günümüzdə milyonlarla insanın dini dəyərlərinə hörmət vacibdir. Günümüzdə islamafob düşüncə və əməllər inkar olunmalıdır".