Höcət Pam Maku Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib
01.04.2025

Makuda tanınmış türk siyasi və media fəalı Höcət Pam şəhərin kəşfiyyat idarəsinin agentləri tərəfindən həbs edilib.

Hazırda ona qarşı irəli sürülən ittihamların dəqiq təfərrüatları mövcud deyil. Lakin onun həbsinin Qərbi Azərbaycandakı mövcud vəziyyəti tənqid etdiyi və terrorçulara qarşı durmağın vacibliyini vurğuladığı video müraciətin yayımlanmasına görə güman edilir.

İran hökumətinin təhlükəsizlik agentləri Qərbi Azərbaycanda vətəndaş fəallarını sıxışdırmağa çalışırlar. Digər tərəfdən isə kürd terror qruplaşmaları rəsmi icazə ilə Urmuda sərbəst şəkildə siyasi məclislər keçirir, kürdlər terror qruplaşmalarının formasını və bayraqlarını istifadə edərək müqəddəs Azərbaycan torpağında rəqs və yürüş edir, türkləri qırğına çağıran “Dum Dum” mahnısını oxuyurlar.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8