Zərif: “İsrail hücum edərsə, Rusiyanın köməyini gözləməməliyik”
24.04.2025

“Snn.ir” saytı xəbər verir ki, dünən İranın strateji məsələlər üzrə keçmiş vitse-prezidenti Məhəmməd Cavad Zərif Tehranın Qərblə əlaqələrin vəziyyətindən asılı olmayaraq Rusiya ilə münasibətlərə realist baxmağın zəruri olduğunu vurğulayıb.

İsrailin İrana hücum ehtimalından da söz açan Zərif deyib: “Biz Rusiyaya Ukrayna məsələsində kömək etdiyimiz üçün onların də İsraillə bağlı bizə yardım edəcəyini gözləməməliyik”.

visiontv.az