"Yuxu" tablosu Salvador Dalinin paranoidal fantaziyalarının təcəssümü kimi bilinir
18.10.2024

"Yuxu" tablosu Salvador Dalinin paranoidal fantaziyalarının təcəssümü kimi bilinir. Onun ən məşhur rəsmlərindən biridir.

Kompozisiyanın mərkəzində səhra fonunda incə dayaqlar sayəsində havadan asılı vəziyyətdə qalmış nəhəng və çirkin bir baş var. Bu bədheybət əntər bir yuxunun təcəssümüdür, o, dəli Dalinin sevimli motividir.

Şəkil izləyicini yuxuların ağırlığı və eyni zamanda kövrəkliyi haqqında düşünməyə vadar edir. Qorxunc məxluqun altından cəmi bircə dayağı çəksəniz hər şey çökəcək.

Digər tərəfdən dayaqlar reallıqla əlaqədir, onlar onun şüuraltına keçib yox olmasına mane olan əlaqələrdir. Baş heç vaxt xatirələrdən azad olmayan beyinlə assosiasiya olunur....

Salvador Dali, "Yuxu" (1937)

Şəkil ola bilər

İbrahim Nəbioğlu

visiontv.az