COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.
Visiontv.az report-a istinadən xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.
Onun sözlərinə görə, COP29 tədbiri keçirilən zaman ölkəyə səfər edəcək insanların çoxluğu nəqliyyatın hərəkətini intensivləşdirəcək: "Bu da qatarların hərəkət intervalının daha da sıxlaşdırılması üzərindən həyata keçiriləcək".