Milli fəallar Yusif Kari və Tohid Əmir Əmini Ərdəbil ədliyyəsinə çağırılıb.
Əvvəllər həbs edilən və Evin həbsxanasında saxlanılan bu milli fəallar İranda ədalətli məhkəmə sisteminin olmadığını v əbu prosesə qatılmayacaqlarını bildiriblər.
Gələn elektron bildirişə görə, Yusif Kari və Tohid Əmir Əmini Yusif Həqqi və Hadi Təvəkkülinin məhkəmə işində iştirak etməlidirlər.
Qeyd edək ki, Yusif Həqqi və Hadi Təvəkküli "Asayişi pozmaq" və "yalan məlumat yaymaq"da ittiham olunurlar.
Xatırladaq ki, Tohid Əmir Əmini 4 il həbs yatdıqdan sonra 2023-cü ilin fevral ayının -də həbsdən azad edilmişdi. Azad edildikdən sonra da o, dəfələrlə təhlükəsizlik məmurlarının təzyiqlərinə məruz qalmışdır.
visiontv.az